Saytların hazırlanması

saytlarin hazirlanmasi
Saytlarin hazirlanmasi. Hazırladığımız saytların növlərinə aşağıdakılar daxildir.
  • Şirkətlər üçün korporativ veb saytlar
  • Vizitkart saytlar
  • Bloq saytlar
  • Kataloq, portfolio tipli saytlar
  • E-ticarət saytları

Saytlarin hazirlanmasi prosesində domen adının alınması, sayt üçün hostinq,  domen adına uyğun korporativ elektron poçtların açılması, da tərəfimizdən həyata keçirilə bilər . Sayt sifariş etdikdə müştərinin istəyinə əsasən nümunə şablonlar təqdim oluna bilər. Bəzi sayt nümunələri ilə Sayt nümunələri bölməsi vasitəsi ilə tanış ola bilərsiniz sizə istədiyiniz formada nümunə sayt şablonları tədim olunur və seçdiyiniz şablona uyğun sayt hazırlanaraq təqdim olunur. Təqdim etdiyimiz saytlar hazır CMS-lərdən (wordpress) istifadə edərək hazırlanır.

saytlarin hazirlanmasi

Hazırki dövdə saytların kompyuter versiyası ilə yanaşı onun mobil versiyasının da olması əhəmiyyət kəsb edir. Çünki veb saytın ziyarətçilərinin əhəmiyyətli bir hissəsi sayta məhz mobil telefonlar vasitəsilə  daxil olur. Buna görə də hazırladığımız saytlarladığımız saytların mobil uyumlu olmasına diqqət yetirilir. Saytın mobil veriyasından əlavə digər bir mühüm amil də saytın admin panelinin olmasıdır. Belə ki admin paneli vasitəsilə sayta gələcəkdə dəyişiklik və ya düzəlişlər oluna və ya sayt tamamilə yenilənə bilər. Hazırladığımız saytlar CMS vasitəsi ilə hazırlanır və sayt hazır olduqdan sonra onun backup faylı ilə birlikdə admin paneli də müştəriyə təqdim olunur. Saytın backup faylının təqdim olunmasının əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə hostinqdə hər hansı bir problem olarsa və ya hostinq dəyişilərsə backup fayl vasitəsilə sayt yenidən serverə yüklənir və yayımlanmasına heç bir problem olmadan davam edir.

Sayt hazırlanması prosesinə başlamazdan öncə ilkin  olaraq müştəri tərəfindən sayta yerləşdiriləcək məlumatlar təqdim olunmalıdır. Sayta yerləşdiriləcək mətn məlumatlar sayt hansı dillərdə olacaqsa o dillərdə təqdim olunmalıdır. Təqdim olunmuş məlumatlar əsasında saytın hazırlanmasına başlanılır. Saytın hazırlanma müddəti onun növündən asılı olaraq dəyişir. Belə ki bu müddət saytın mürəkkəbliyindən asılı olaraq 10 gündən 2 aya kimi davam edə bilər. Təqdim olunmuş məlumatlar əsasında saytın ilkin forması işlənib hazırlanır və müştəriyə təqdim olunur. Bundan sonra müştərinin istəyinə əsasən sayt üzərində düzəlişlər və dəyişikliklər aparıla bilər. Sayta düzəlişlər və dəyişikliklər olunarkən sayta yeni səhifələr, yeni dil və ya yeni funksiaların əlavə olunması lazım olarsa bu xidmətlər toplam məbləğə əlavə olaraq hesablanır.