Veb saytların hazırlanması

Sayt hazirlanmasi

Sayt hazirlanmasi

Sayt hazirlanmasi, Veb saytların hazırlanması veb dizayn. Keyfiyyətli Veb sayt yaratmaq heç də asan iş deyil. Saytın  məzmunun yaxşı olması önəmli olsa da onun dizaynı da mühüm yer tutur yaxşı məzmunlu bir çox veb sayt var, amma dizaynı zəifdir. Dizayn önəmli olduğu qədər də saytın funkisonallığı da önəmlidir, yaxşı dizaynı olan bir saytın texniki baxımdan düzgün olmaması da mənfi haldır. Veb saytınız şirkətinizin internet üzərində olan simasıdır. Müştərilər internetdə məhsul və xidmətlər üzrə axtarış apararkən veb saytınıza baxacaqlar. Veb saytınız nə qədər yaxşı hazırlanmışdırsa bu müştərilərin digər firmalar arasında sizi seçməyiniz üçün əsas səbəblərdən biri olacaqdır.  Veb saytınızı ziyarət edən insanlar axtardıqlarını əldə etməlidirlər. Hər veb saytın yaxşı bir məzmun idarəetmə sisteminə (CMS) ehtiyacı var. Seçə biləcəyiniz müxtəlif platformalar var. WordPress  belə CMS-lərdən biridir. WordPress dünyadakı ən məşhur açıq mənbə məzmun idarəetmə sistemlərindən biridir.  Hazırladığımız saytlar da məhz WordPress platforması üzərində qurulur.Dünyadakı veb saytların tıqribən 30 faizi WordPress vasitəsi ilə hazırlanmışdır. Dünyada internet üzərində təqribən 1.5 milyard saytın olduğunu nəzərə alarsaq bu rəqəmin necə böyük olduğunu görə bilərik.

Sayt hazirlanmasi mərhələlərindən danışarkən aşağıdakı mərhələləri ardıcıllıqla sadalamaq olar. Bir çox hallarda gördüyümüz saytlar hazırlanarkən bu mərhələlərdən keçir.

Sayt üçün vacib olan məlumatların toplanması.

1.Veb sayt hazırlanmasında bu ilkin mərhələ çox önəmlidir. Hazırlayacğımız veb dizaynınızın düzgün yolda olduğundan əmin olmaq üçün hazırlanacaq sayt  haqqında barəsində ətraflı məlumat toplamalıyıq. Məhsul və xidmətlər satmaq istəyirsiniz? Yoxsa markanın tanıtımını etmək və onlayn alış veriş saytları sizi maraqlandırır? Bunlar çox önəmlidir. Bundan əlavə hədəf auditoriyası da ətraflı şəkildə araşdırılmalıdır. Tamaşaçı yeniyetmələr və ya uşaqlardır? Yoxsa onlar yetkin insanlardır? Bir veb inkişafının uğurlu olması üçün çox şey lazımdır.

Saytın sxeminin hazırlanması - planlaşdırma.

2. Sayt hazirlanmasinin bu mərhələsində yəni planlaşdırmada hazırlanacaq sayt haqqında kifayət qədər məlumat topladıqdan sonra sayt xəritələri və sxemlər hazırlanır. İlk mərhələdə toplanmış məlumatlarla bir sayt xəritəsi hazırlanır.  Saytda olacaq əsas bölümlər, səhifələr, Baş menyu, Kateqoriyalar, Saytın neçə səhifədən ibarət olması və s tərtib olunur. Sayt xəritəsinin əsas motivi Seo uyumlu bir veb sayt hazırlamaq və saytın bir quruluşunu yaratmaqdır. Bundan başqa, bir saytda nə funksiya və xüsusiyyət istədiyinizə qərar verin. Bu funksiyaya giriş, e-poçt abunəsi, admin, canlı chat və daha çox şey daxildir.

Saytın dizaynının hazırlanması.

3. Saytın veb dizaynı onlayn işinizin uğurunun əsas hissəsidir. Veb dizaynı hədəf auditoriyaya görə hazırlamaq lazımdır. Məktəb üçün dizayn etdiyiniz bir veb sayt, məhsul tanıtımı üçün hazırlanmış sayt dizaynından tamamilə fərqlidir. Saytın mövzusunun (Şablonunun), əsas rənglərinin, şəkillərin, və s seçimi bu mərhələdə görüləcək işlərdəndir. Nə harada yerləşdiriləcək, dizayn tərtibatı səhifənizin cəlbedici görünməsi üçün sistematik bir şəkildə qurulacaqdır.

İnkişaf mərhələsi

Əvvəlki mərhələdəki qrafik dizayna uyğun olaraq funksialar sayta bu mərhələdə əlavə olunur.  Sayt xəritələrinə görə ilk növbədə digər səhifələrə nisbətən bir ana səhifə hazırlanır. Sayt hazirlanmasinin bu mərhələsində nəhayət ki,veb sayt hazırlanır. Əvvəlki addımlarda hazırlanmış digər elementlər həqiqi bir veb dizayn yaratmaq üçün istifadə olunur. Çox vaxt əvvəlcə eniş və ya əsas səhifə, sayt xəritəsində qeyd olunduğu kimi yaradılan sayt iyerarxiyasına uyğun olaraq əvvəlcə digər veb səhifələr əlavə olunur.

Hazırlanmış saytın ilkin nümunəsinin təqdim olunması.

Təqdim olunma veb saytın inkişafı prosesinin sonrakı hissəsidir. Heç bir şeyin pozulmadığına əmin olmaq üçün saytı işə salmadan əvvəl hər səhifə və bağlantılar sınaqdan keçirilir. Mümkün yazma səhvlərini tapmaq üçün hər formanı, yazını yoxlnır. Bu mərhələdə saytınız bir neçə şeyə görə sınaqdan keçirilir- • Veb saytın sürəti • Çarpaz brauzer uyğunluğu • Birdən çox ekran testi Bütün lazımlı testlər, World Wide Web-ə başlamazdan əvvəl bir veb saytında aparılır.

Təqdimat.

7. Bir sayt işə salındıqdan sonra xidmətlərin bitməsi demək deyil. Saytın əsas məqsədi insanlar üçün canlı olduqdan sonra başlayır. Sayt tam hazır olduqdan sonra onun Admin paneli, və backup (yedək) faylları birbaşa olaraq müştəriyə təqdim olunur.